23.1.13

   
     
    Xatirə sevərlər üçün ! ( Şairə Xatirə Rzayeva ) 
~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*

Bax gözümün içinə .

Daş daşa dəysəydi, yer də titrəyər,
Əsər, çəmən, çiçək, gül ləçəkləri .
Ağlatma, ağlaram, qəlbim əzilər,
Üzümdə, gözümdə, göz şəfəqləri .

Nə göydə ulduz var, nə ay, nədir bu ?
Bu gecə sən və mən, tənha yer üzü .
Titrəyən əlimdə, əlin , nədir bu ?
Günəş tək nəfəsin, isitdi bizi .

Dəyişsə bir cahan, günəşə nə var ?
Açmazsa, bir sabah , gecəyə nə var ?
Ay yerə gəlsə də, kölgədi, kölgə,
Sənin gözlərindən gözümə nə var ?

Əridir gecəni daş kimi şamım ,
Əriyib, yox olan zülmətsənmi sən ?
Yandırdı aləmi, yandı bu canım,
Göydən yerə enən mələksənmi sən ?

Sözümdə sözüm var, bilməzmisən sən ?
Günəş, ay deyiləm, görməzmisən sən ?
Gəl yaxın, gözümə, bax, içinə bax,
Nələr yaşandığın sezməzmisən sən ! ...
~*~*~*~*~*~*~*~*~*~*~*~

Комментариев нет:

Отправить комментарий