23.1.13



Şairə Xatirə Rzayeva.
~*~*~*~*~*~*~*~*
Mənim qapım .

Küləyə həsəd etdim, sənə görə,
Yarpaq - yarpaq düşən payız kimiyəm,
Sarılır, ruhum da sarı xəzələ,
Gözündə gözlərim, islaq kimiyəm .

Həsrətin içimə sovundu sanki,
Ağaclar silkəndi, tökdü yarpağın.
Titrər barmağımda dodağın sanki,
Həyatı dondurdu, mənə baxmağın .

İçimi titrətdin ! Yarpaqlarlar kimi,
Yaxdın üz - gözümü günahlar kimi,
Qəlbimə yol salan hərarətindir,
Ərim - ərim yanan, o şamlar kimi .

Payızın qəlbində nələr, nələr var,
Dolu ürəyində yağır, o sellər,
Sənə demək üçün qərib sözlər var,
Təbiət ağladı payızlı günlər .

Günəşi qovdular bulud axını,
Pəncərən yandırdı axşam şamını,
Payız mənzərəsi, bir sən, bir də mən,
Sevgin necə döyür, mənim qapımı .
~*~*~*~*~*~*~*~*~*~*~*

   

Комментариев нет:

Отправить комментарий