23.1.13

airə Xatirə Rzayeva .
~*~*~*~*~*~*~*~*~*
Bilməm nə sevgi !

Ayıl, gül, oyan sən, səhər deyilmi ?
Min il yol gəldiyim gecələrimdir .
Səhərin hakimi bir qələmdimi ? 
Elə isə, əlimdə sənin əlindir .

Yazılar alt - üstdür, dağ - qalaq idi,
Əllərim saçını alt - üst eylədi .
Yenəmi, bu gecə ay qonaq idi ?
Sərt yazı qəlbimi viran eylədi .

Açılıb, tökülən saçlarımda mən,
Fisunkar şam kimi, şölələnən sən,
Sevgiyə bir əl qoy, qorxma, bu mənəm,
Qüdrətli zaman o, yaxın gələsən .

İpək yorğan kimi, gecə sürüşdü,
Ay, ulduz elə bil, üstümə düşdü .
İlahi bir nəfəs oxşar nəfəsim,
Zülməti yardı nur, sübh idi düşdü .

Sevgidən dəlisən, nə istəyirsən ?
Gündüzün yerinə gecə deyirsən .
Dönüb əfsanəyə nağıl olummu ?
Bilməm, bu nə sevgi, sən istəyirsən .!
~*~*~*~*~*~*~*~*~*~*~*~*

Комментариев нет:

Отправить комментарий