26.1.13


                                  Səninlə neylim.

Elə yandı göylər, alışdı, yandı,
Bir işıq zülmətə min yara vurdu,
Dost idi mənimlə, ay da oyandı,
Aman Allah o nur taxtını qurdu.

Bu gecə nağıllar aləmi deyil,
Bir kimsə yoxmu ki, dərdimə hali ?
Dünyanı isladan bir yağış deyil,
Gözümə yaş düzən, ayın camalı.

Dənizdən küsdümü küləklər ani ?
Təmkinlə köksünü ötürdü sahil,
Alt - üst fikrim - zikrim tufanmı ani ?
Yağdırdı başıma daş - dolu qəfil.

Dolaşıq deyildi, bulud kəməri,
Məni qaralayıb, yağış, bulud da..
Leysan mənə neylər yağış təhəri ?
Uzaq, yaxın hər şey bir baxışında.

Yenə sənli gecə, hayana gedim ?
Mən sənin əlindən bilmirəm neylim,
Bilirsən, fələyin min oyunu sən,
Sevgidən başlarsa, səninlə neylim.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~








Комментариев нет:

Отправить комментарий