Od vurub yandıran .
Külək, mənə xəbər ver yağış hanı ?
Mavi göylərdəmi yuxuya qaldı ?
Mənə xəbər verin, yağan sel hanı ?
Deyin, daşqın, tufan, o harda qaldı ?
Gözünü yumsa ay, zülmət o bir an,
Ay şəkli eylədin, gözlərimdə sən,
Günəşə bir taleh kimdir ki, yazan ?
Alın yazılarım silənim də sən .
Nə qəmsiz - kədərsiz qış qarın ələr,
Mənə sabahlar da, axşam tez gələr.
Əlimi əlinə vuram bir kərə,
İzinə bir zaman diz çöküb gələr.
Qaranlıq düşürkən, günümü əzdin,
Həyat dəftərimi büküb də əzdin,
Sərt yazı yazdın da, cırıb da atdın,
İtirib - axtarıb, sən məni gəzdin.
De gülüm. bu qədər gülməyi sevdin,
Sən nəyi sevdinsə, mən onu sevdim,
Əllərin saçımı, boynumu gəzdi,
Od vurub yandıran sevgini sevdim.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~`
Комментариев нет:
Отправить комментарий