Sevgi əlində
Könül, fəsil - fəsil ağladın yenə,
Sənə nədən deyim, nədən danışım,
Sübhün öz şəfəqi, şamdan sənə nə ?
Gəl sənə çiçəkdən, güldən danışım.
Günəşin mənzili sübh erkən deyil,
Əydilər başını gül - çəmən necə,
Səhərin gözü nəm,o payız deyil,
Tez düşür axşam da, qəmli bir gecə.
Könül, atəşlisən, odla nə işin,
Ruzigar çətindir, olmasın işin.
Sənə nə düşüb ki,məhəbbət dedin,
Sənin başqa fikrin, yoxmu bir işin ?
Gizli bir aləmi gözlərə yazdın,
Leysanı, payızı. ovcuma yazdın,
Dəli bir şövq ilə nə istəyirsən ?
Fələk yazan nə var,səndəmi yazdın ?
Sən silib - pozmusan, alın yazımı,
Üfürdün gah yanan, sönən şamımı,
Bu qədər dəlisən, könül, sən dəli,
Bir sevgi əlində qoydun yaxamı.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Комментариев нет:
Отправить комментарий