24.1.13



   

Sevgiyə güldüm .

Ağlamaq istədim ,amma , nə edim ,
Dərd çəkdim içimdə , amma , nə edim ,
Daş yağdı buluddan , ürəyimə bax ,
Mən səni sevirkən , baçqa , nə edim .

Çırpıldı üzümə , yağış nə sərtdir ,
Dünyanı sel alıb , aparır , hara ,
Ağladım , elə hey , həyat çətindir ,
Bu dərdi götürüm , gedim , mən hara ?!

Hələ var axşama , sıxıldı könlüm ,
Elə bil , günəşin , özü də küsdü .
Yaşamaq budursa , ağlayır gözüm ,
Anla ki , hər saat , ömürdü , gündü .

Nəfəsim səsini , üzünü gəzdi ,
Əlimi talehdən çəkim , mən Allah ,
Daş kimi ürəyin qəlbimi əzdi ,
Mən səndən əl çəkim , necə . mən Allah ? !

Gözümdən yaş axsa , bir sezməzmisən ?
Andıqca , mən səni , rəhm etməzmisən ?
Dəlidir ürəyim , bax , necə titrək ,
Göz yaşım , əlinlə , sən silərmisən ? ...

Dəyişkən bir səma , buludu tutqun ,
Yarpaq - yarpaq tökən , xəzəldi ömrüm ,
Üzülən ürəyim çiçəkdi , solğun ,
Dəli bir sevgiyə güldükcə , güldüm .

~*~*~*~*~*~*~*~*~*~*~*~*~*

Комментариев нет:

Отправить комментарий