24.1.13



      Şairə Xatirə Rzayeva .
~*~*~*~*~*~*~*~*~*~~*
Hisslər .

Yaşamaq bu qədər asanmı könlüm ?
Tək - tənha ey könül , neylim səninlə .
Nələr var ömürdə , yazsanmı könlüm ,
Bu boyda dərd ilə neylim səninlə .

Şam üzün sovurur , qaralır gecə ,
Dünyamı almısan əlimdən necə ,
Nə sən məni görmə , nə mən səni heç ,
Daş külə döndümü , həyat bu gecə .

Saralan günəşdə axşam , səhərmi ?
Min ulduz şam kimi yanır , hey sönür .
Acı qəh - qəhələrlə gülən fələkmi ?
Necə ay səmtinə könülsüz dönür .

Çətindir , an ba an həyat çətindir ,
Sənin gülüş səsin başımda şimşək ,
Yazılı gözündə məna dərindir ,
Süz könül şərbətin sərasər içək .

Gizlənir ay kimi qəlbin , ürəyin ,
Bilsən nə çox sözüm , deyəcəklərim ,
Axşamın , səhərin burdamı bitdi ?
Deyilmi bir sevgi , hiss etdiklərin ? !

~*~*~*~*~*~*~*~*~*~*~*~*

Комментариев нет:

Отправить комментарий