24.1.13



Şairə Xatirə rzayeva .
~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~
Sübh - səhər !

Həyatı həsr etsəm , ani bir nəzər ,
Bu yaxın məsafə uzaqdan uzaq .
Sualım bir anda üzünü gəzər ,
Gözündə atəş var , məndən bir soraq .

Səni hər yan alıb , məndən aparır ,
İstəməz bu könlüm , başqa bir aləm ,
Əlini əlimdən fələk qoparır ,
İzin et , əlimlə göz yaşım siləm .

Həsrəti qəlbinlə qəlbimə yazdın ,
Təmkinli nəzərin , könlümü aldın ,
Bir dəniz , bir damla , gözüm deyilmi ?
Hey dəli - divanə üzümə baxdın .

Nədən məni sardı , baxışın nədən ? ,
İlahi , diz çöküb ağlayımmı mən ? !
Yandı yer üzündə günəşdən aləm ,
Qarşında əyilib , yalvarımmı mən ?

Sən daşa döndərdin əksimi neylim ,
Gecənin hökmüylə gizli gəlmisən .
Zülmətə bürünən gündüzü neylim , ?
Sevgiylə açılan sübh - səhərmisən ?

~*~*~*~*~*~*~*~*~*~*~*~*~*

Комментариев нет:

Отправить комментарий