23.1.13


Şairə Xatirə Rzayeva .
~*~*~*~*~*~*~*~*~*~*~
Buralar sevgi !

Elə bil keflidi, ay da bu gecə,
Göylərə min şəfəq düzdükcə, düzdü,
Ulduzlar rəqs edib, yandı, min aləm.
Qəlbimə bir işıq süzdükcə, süzdü.

Yenə dinmək çətin, ürək işidir,
Bəzən əfsanəyə dönən gecədir .
Yenə sən, yenə mən , bir yerə gəldik,
Ürəyin nə zərif, teldən incədir.

Mənə bir sözünmü ? Danış, danış sən,
Gözlərin başqa bir aləmdir sənin .
Sən hardan gəlmisən, ondan danış sən,
Gözündə nə çox söz , hər sözün sənin.

Bir sən bil, bir də mən, bilək bu işi,
Qəribə sirdir bu , o qəlbin işi,
Küləyin səsində sənin nəfəsin,
Fələk nə yazsa qoy, bu həyat işi.

Təsadüf ! Bu döngə sənlə mənimdir,
Günlərin hökmü də sənlə mənimdir.
Bilməm ki, çaşdı ay,gecə ya ki, sən,
Buralar sevgidir, sənlə mənimdir !

~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~

Комментариев нет:

Отправить комментарий