23.1.13

Şairə Xatirə Rzayeva .
~*~*~*~*~*~*~*~*~*~
Bilirsənmi ?

Günəşi görmüşəm, aya uçurdum,
Ayın kölgəsini yenə qovurdum,
Sən burda neylirsən, burda nə işin ,
Ayın üzündə eşq , mən də qovurdum .

Tək yaşar bu yerdə, ulduz ay ilə,
Necə ki, bir qəlbim, təkcə sən ilə .
Əsdi ruzgar elə, bura da gəldi,
Necə aşiq olub, ay günəş ilə,

Sənə göylər qədər bir sirr gətirdim,
Kimsələr görməsin, dəniz gətirdim.
Əlimdən bərk yapış, sahillər bizim,
Sənə dəniz boyda ürək gətirdim .

Əsir, əlim əsir, sevgidənmi söz ?
Yerlərin, göylərin içindən o söz .
Əyil, qulağına söz pıçıldayım,
Gözlərin dediyi bilmirəm nə söz .

Ağappaq ağardı, sübhə nə oldu ?
Süzüldü şeh - nəmlə hər günüm oldu .
Sənin əlindəmi bütün bu həyat,
Nə etdin, əzizim, gör nələr oldu .

Bilməsin kimsələr, sən mənimksən,
Yağışda hey çimən çiçək kimisən .
Dərin duman qatı gözlərin önü,
Sən heç bilirsənmi kimi sevirsən ?
~*~*~*~*~*~*~*~*~*~*~*~

Комментариев нет:

Отправить комментарий