23.1.13

Şairə Xatirə Rzayeva . 

Bu da mən .

~*~*~*~*~*~*~*~*~*~*~*~*~*

Yenə axşam - səhər əsdi bu ruzgar , 
Payızın səsində qəm sezilirdi , 
Səsinin ahəngi səsimə oxşar , 
Aləmə bir ətir , gül səpilirdi .

Dənizin şəfəqi göylə bərabər ,
Sahillər baş alır sabahlar kimi ,
Uçuram , göylərdə , sənlə bərabər ,
Hey, nəfəs - nəfəsə mələklər kimi .

Tutub əllərimdən , sıx , məni sıx sən ,
Xəlvət bu aləmdə , gecələr kimi ,
Tək- tənha dünyamın seyrinə çıx sən ,
Bas məni bağrına , sevənlər kimi .

İntizar çəkdikcə , dağılsın aləm ,
Qorxuram , sənsizlik yıxdı varlığım ,
Sən hara gedirsən , məndəmi gəlsəm ? !
İncə təbəssümün könül şadlığım .

Sən həyat rəsmimi çəkmək istədin ,
Bənzərim varmı heç , ay , günəşmiyəm ? !
Şəhvət hisslərinlə gülmək istədin ,
Bu da mən , bax , dəli - divanəmiyəm ? ! ...

~*~*~*~*~*~*~*~*~*~*~*~*~

Комментариев нет:

Отправить комментарий