24.1.13



   Şairə Xatirə Rzayeva .
~*~*~*~*~*~*~*~*~*~*~*~*~
Sarmaşıq .
Xəlvətə çəkildin dünyadan uzaq , 
Sanki məndən qaçır , qaçır kimisən .
Yolumuz eynidir , burdan gəl , salaq . 
Günəşi qovan ay , lap ay kimisən .

Yolumu gözləyən sən deyilmisən ? 
Külək susur bu an , yer susur bu an .
Könlünə bağlanan könlüm deyilmi ?
Qoy , göylər danışsın , hər yan , bu zaman .

Çaşbaş bir külək də mənim kimidir ,
Gah döyür qapını , gah da mənimkin ,
Yağışa bağlıyam , tufan kimidir ,
İsladır gözlərin , yoxsa , mənimkin .

Kölgələr dolandı , axşam sənindir ,
Nə bilim , bu aləm , yer- göy sənindir .
Dünyamı bəzəyir , əllərin çiçək ,
Gözümə zillənən gözlər sənindir . 

Комментариев нет:

Отправить комментарий