24.1.13



     Şairə Xatirə Rzayeva.
~*~*~*~*~*~*~*~*~*~*
Toz səpildim .

Dünya gülür, yenə mənə,
Bilməm niyə, mənə, sənə ?
Dəryalar da gülürmü heç ?
Göz yaşıma, qəm günümə .

Gecəyə bax, o tələsir,
Günəşimi gətirəcək ?
Nədən səhər belə əsir ?
Mənim kimi, ələm - yesir .

Sən ! Gəlmə heç, göz önünə,
Mən bir atəş, sıx, könlünə,
Dərdi səndən nə gizləyim,
Kölgəm yatıb, pəncərənə .

İlahi,. bu nə həyatdır ?
Şam ağarıb, bəm - bəyazdır,
Nə öldüm, nə qurtarmadım,
Suri - zaman, o nə vaxtdır ?

Yox et ! Bu aləm yox ola !
Əyil ! Sevgi gələn yerə !
Kaş, bu ürək heç olmaya,
Toz səpildim, qədəminə !

Комментариев нет:

Отправить комментарий