24.1.13


   
     Şairə Xatirə Rzayeva .
~*~*~*~*~*~*~*~*~*~

Çaşbaşam .

Bir də gəlməz, düşməz, belə gün ələ,
Hər günün hökmü var, səndədir, səndə,
Elə ixtiyarsız döndün, sən mənə,
Budur , axşam, səhər səndədir, səndə.

Bəli, bu mən idim, hər tərəf mənəm,
Kölgəyə çəkildin, kölgənə döndüm .
Zamanın üzündə, gözündə mənəm,
Şam kimi əriyib, sel- suya döndüm .

Dünyamı tələsir , gedən, gələn kim,
Gözlərin nə tez - tez axtarır məni .
Hər gecə qapına gələn, döyən kim,
Şaqraq gülüş səsi , çağırır məni .

Baxma ki, o tərəf ay çıxan deyil,
Gəldi bir araya , günəş də, ay da,
Gizllin - aşkar nə var, büruzə deyil ?
Üzdü nur içində mavi səma da .

Bir əsər yarandı , həyatdan bir iz,
Əsdi ruzgar kimi səssiz, səmirsiz .
Çaşdırdı gözlərin, çaşbaşam elə ,
Gələn bu ab - hava sevgi ya dəniz ?
~*~*~*~*~*~*~*~*~*~*~*~*~

Комментариев нет:

Отправить комментарий