24.1.13


   Şairə Xatirə Rzayeva .
~*~*~*~*~*~*~*~*~
Ayağın ucunda

Bir dəli dünyam var, sevgidir, sevgi,
Qat - qat , pərdə - pərdə,göy səmadımı ?
Payızın yağışla eşqidir, eşqi,
İçim ələk - fələk, o tufandımı ?

Bir sığal çəkdi o, nuri - səhərdir,
Əlimdə, üzümdə, nəfəs - nəfəsə,
Dünyanın mövzusu, qeyri əsərdir,
Deyimmi, ilahi, sirrim bir kəsə .

Bəxtiyar ey şəxs, sən nə karəsən ?
Birbaşa nə həddin, qəlbə girəsən ?
Yoxmu qorxun sənin kimdən, kimsədən ?
Mənim iç dünyamı alt - üst edəsən ? !

Sevgi axtarırsız, borcummu vardır ?
Əzizim, bu yerlər özgə bahardır,
Nə verib, siz mənə, nə istəyirsiz ?
Düz gəldiz, bu yerdə sevgi yaşardır .

Bax, bilin, şəfəqli don, o mənimdr,
Bu başdan o başa dünya da, mənim,
Ayağın ucunda döy qapımı, döy,
Nə qədər sevgi var,hamıı sənindir ! ...
~*~*~*~*~*~*~*~*~ ~*~*~*

Комментариев нет:

Отправить комментарий