24.1.13



  Şairə Xatirə Rzayeva .
~*~*~*~*~*~*~*~*~*~*~
Ürəkdən yol .

Göy yarıı bölünsə, biri mənimdir,
Çən, duman, kölgələr, hamı mənimdir,
Nə qədər göz yaşı tökdüsə, göylər,
Səhər də, axşam da, gündüz mənimdir .

Həsrəti gözümə kim gətirib, kim ?
Üzümə su damla kim çiləyib, kim ?
Kimdir məni belə üzüstə sərən,
Belimə dolanıb, kim sarınıb, kim ?

Dəli həsrətini çəkiim, çəkməyim ?
Sənin hər əzabın çəkim, çəkməyim ?
Dondu aləmdə su, gözümə bənddir,
Göz yaşım üzünə çəkim, çəkməyim ?

Bütöv bir aləmi aldın əlimdən,
Nələr eşitdiyim, sənin dilindən,
Qüdrət əlləriylə əzizlər səni ,
Qan - yaşı sən tökdün,. bu gözlərimdən .

Necə ki, kölgəsi, o aydır, keçir,
Sənin gözlərindən şəkilim keçir,
Yaranmaz! Nə kölgəm, nə şəklim, özüm,
Ürəkdən yol etdi, o sevgi keçir ! ...

Комментариев нет:

Отправить комментарий