24.1.13


    Şairə Xatirə Rzayeva.
~*~*~*~*~*~*~*~*
Oddan yanar .
Bir dəli aşiqəm, gözüm tor görür,
Ağlasam üzümə qan çilənibdir,
Gözümə daş - divar o kimdir hörür ?
Göy bu gün elə bil, yerə gəlibdir.

Deyin, aləmdə məni kim tanıyır, kim ?
Qan çəkdi gözlərim, kim tanıyır, kim ?
Sənin surətində həyat izi var,
Səni məndən başqa kim arayır kim ?

Məhəbbət bir parça kağız - qələmmi ?
O ani baxışdan nur ələndimi ?
Sevgini bir əldə gizləyən nədir ?
Hüzurun üçün mən baş endirimmi ?!

Nədən belə yalqız gəzib, dolaşdın ?
Nədən ayrı gəzdin, ayrı dolandın ?
Sənin ürəyində həyat var gülüm,
Sən mənim oduma pərvanə yandın .

Yaşayırsan necə məndən kənar sən,
Dünyanı çəkmisən məndən kənar sən,
Neyləyim, səninçün mən nə eyləyim ?
Gözün atəşində oddan yanar mən !
~*~*~*~*~*~*~*~*~*~*~*~*~*

Комментариев нет:

Отправить комментарий