24.1.13


     Şairə Xatirə Rzayeva
~~~~~~~~~~~~
Nur etdin
~~~~~~~~
Bu günəş yox olsa, sabahı neylim ?
Mən sənsiz həyatı, dünyanı neylim ?
Qəm tərəz istəyir, yox deyim necə ?
Sən gələn zamanı, o anı neylim ? !

Səfa istər elə gül çəmənindən,
Gəlim, keçimmi mən sən olan yerdən ?
Şam deyil bu canım, əriyir elə,
Daş külə döndümü od nəzərindən ?!

Eşq əcəb səninçün əfsanələrdir,
Sevgi aləmləri nələr, nələrdir,
Yaşamaq əmrinə tabeyəm gülüm,
Aydan ensin günüm, sənsiz hədərdir.

Nə qədər işığı, günəşdə can var,
Dağ gələr izinə, dağda da can var,
Gözə yaş dəyməsin, heç dözə bilməm,
Gözün kölgəsində min asiman var.

Qədər aşiq deyil, aşiq mən sənə,
Əyildi, varlığım, o şax kölgənə,
Dağ, duman, günəş, siz çəkilin gedin,
Əsil günəş gözün, nur etdin mənə !...
~~~~~~~~~~~~~~~~~~~~~~~

Комментариев нет:

Отправить комментарий