23.1.13


Şairə Xatirə Rzayeva .
~*~*~*~*~*~*~*~*~*~*~*~*~*
Bağlı qapı .

Sən elə əfsanə , nə tez düşündüm ,
Bir tarix yazılır , bir həyat zəri ,
Bir daha ağlayıb , bir daha güldüm ,
Zülmətin qoynunda bir nur səhəri .

Əyilən şam kimi , kölgəyə döndüm ,
Həsrətin çəkdiyim , hankı bu ruzgar ?
İlahi , mən deyən dəliyə döndüm ,
Səndəmi mən təki , qəm ilə qəmxar .

Nə zaman anlayar , nə tarix məni ,
Gül - çiçək ətriylə bir sabah məni ,
Günəşin zərrəsi , yandıqca , yandım ,
Neylim ki , bu sevgi ağladır məni .

Şam oldu gözlərim , kölgəsi sənsən ,
Talehin aynası , güzgüsü sənsən .
Gülüm , gülşən deyil , həyat çox açı ,
Hər bağlı qapının açanı sənsən .

~*~*~*~*~*~*~*~*~*~*~*~*~

Комментариев нет:

Отправить комментарий