23.1.13

ŞAİRƏ XATİRƏ RZAYEVA 
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
Gözünə bax .
~~~~~~
Bitsin bu həyəcan bu torpaq üstə,
Ağlar, zaman ağlar bu torpaq üstə,
Dünyanın bir qəmli əsən küləyi,
Özün çırpır daşa bu torpaq üstə .

Səfalı bir hava,Quran yeli var,
Bu yurdun üzündə əsmər teli var,
Dünyanın əzəli, sonu bu yurddur,
Qalın qatlarında misdən beli var.

Nədən canı çökmüş, suyi çəkilmiş ?
Nədən ürəyinə qəmlər ələnmiş ?
Nədən ana torpaq ölgün sərilmiş,
Can sümüyündə də sızıltımı var ?

Budur, Azərbaycan, tarixi yorğun,
Budur, onun canı rişə - rişədir,
Dəli fələk nə var, sən niyə oğrun ?
Torpaqmı istədin, tikə - tikədir !

Bu cəhənnəm gözlü diyar deyil heç,
Bu ali bir diyar, müqəddəs, ulu,
Əlin tarix üstdən çəkən deyil heç,
Bax, onun gözünə, o daim sulu !

Комментариев нет:

Отправить комментарий