23.1.13


*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*
,,Əlinin içi ,, Şairə Xatirə Rzayeva .

Yenə yarpaqların titrək səsi var , 
Ruzigar əlində xəzəllər kimi , 
Dağılan dünyamın ah nəfəsi var , 
Rəqs edən , uçuşan çiçəklər kimi .

Qorxuram , saçına toxunam sənin , 
Taqətim yox ikən , əllərimlə mən , 
Qorxuram qəlbinə sarılam sənin , 
Səssizcə bağıran ürəyimlə mən .

Sübh yeli əsdikcə , şam sönəndimi ? 
Könüldən kədəri şeh siləndimi ? 
Od baxış üzümə zilləndi bir an , 
Talehdən bir yazı , söz ələndimi ? ! 

Nə atəş , nə bir od , nə şam nə közəm , 
Bu başın , o başın , dünyanı gəzəm , 
Hiss etdim əlimlə əllərin için , 
Dəli bir həsrəti üzündən seçəm .

~*~*~*~*~*~*~*~*~*~*~*~*~*

Комментариев нет:

Отправить комментарий