23.1.13



      Şairə Xatirə Rzayeva 
~*~*~*~*~*~*~
Mənə nə düşüb.

Siqarmı, nəşəmi, daha, daha nə ?
Vur qədəh - qədəhə, qoy, süzüm sənə,
Sərxoşmu, söylədin ? O kimdi, ha, ha, ..
Mənə nə olmuş ki, bilməm, mənə nə .

Bu gün səni iki görür gözlərim,
Bu dünya baş alıb, gedir ki, hara ?
Qoy hara istəyir, getsin o hara,
İstəməm, bir sevgi, çəkin kənara .

Sanki, qanadım var, kim deyir onu ?
Dumana bax , deyən, o mənə sarı,
Dumanlar içində dumandır gözüm,
Süz yenə, süz içək yarıbayarı .

Eşqdənmi, söylədin, yox canım,boş ver,
Başımı hərlədin, qələm, kağız ver,
Dünyanı istərsən, götür də çıx get,
Mənə bir badə süz, bir də bir eşq ver .

Saçlarım qarışıq içməyi sevdim,
Qol - boyun səninlə gülməyi sevdim,
Mənə nə düşüb ki, səndən danışdım,
Hər şeyi boş ver , tək sevgini sevdim .

Комментариев нет:

Отправить комментарий