23.1.13

Şairə Xatirə Rzayeva .
~*~*~*~*~*~*~*~*~
Sənin hüsnünə !

O dağlar başında duraydım, Allah,
Dumanın özü mən, olaydım, Allah.
Bir biləm o gələn sənsən, əzizim,
Bir də dağ dumandan quraydım, Allah !

Bu gün, mənə belə nə olmuş ki, mən,
Bir çəmən yerinə, düzənə gəldim ?
Dünyanı gülşənə devirrəm ki, mən ,
Aləmlər bir yana, mən sənə gəldim .

Səhfələr canlanır, gözlərim önü,
Danışır, gözlərin şəkillərinlə,
Əcəba,yazılan söz, yazı önü,
Bükülür, hər yazı məhəbbətinlə .

Sarınır hüsnünə, payız güllərin,
Daş kimi əllərin, sarınır belim,
Yağışlar nə istər səndən və məndən ?
Nə böyük xəzanı, sənin qəlbinin .

Olur, belə işlər, günəşsiz bu gün,
Necə gətirim ki, o nuru sənə ?
Elə bir nöqtədə əyləşdin ki, sən,
Günəş özü gəlir, sənin hüsnünə !
~*~*~*~*~*~*~*~*~*~*~*~*

Комментариев нет:

Отправить комментарий