23.1.13


Şairə Xatirə Rzayeva.
~*~*~*~*~*~*~*~*~
Sevgi məkanı .

Yaradan ya mənə aşiq, ya sənə,
Kim bilə bilər ki, ay niyə gizli .
Nə qədər ağlayım, var könlüm sənə,
Ulduzlar məlumdur, ay daha gizli .

İlahi, bu sirdən sənin xəbərin,
İlahi, yalvarır bu yerlər sənə .
Başımı hərləyir, sənin təhərin,
Qoşulub, sən mənə, sən də gülsənə .

Niyə qısılmısan, səndə nə söz var.
Fələk də dəlidir, o aləm yıxar.
Bax, mənə, əzizim, bax, mənə, bax, bax.
Qorxmursan, gözlərim yıxar, nə yıxar ?

Bu günün hökmüylə, vuruldun mənə,
Bir mənə təşəkkür etməzmisən sən?
Məhəbbət zövqünə uyudun yenə,
Əlini qəlbimə çəkməzmisən sən ?

Bax, budur, bu aləm, bu günəş. bu ay,
Sənin öz aləmin, mən deyiləmmi ?
Kölgələnir gözün . dəqiqdir, o ay,
O sevgi məkanın mən bilərəmmi ?
~*~*~*~*~*~*~*~*~*~*~*~*

Комментариев нет:

Отправить комментарий