23.1.13


Şairə - publisist Xatirə Rzayeva .
~~~~~~~~~~~~~~~~~~~~
^^^^^^^^^^^^^^^^^^^^
Ürəyin əlində .
Gəlmədi bir ulduz, nişan etmədi,
Günəş sənin özün, bu yerdə dayan !
Həddim yox, ruhum da nəfəs etmədi,
Gözün əfsanəsi olan və qalan !

Günəşmi gətirim, izinə ensin ?
Mən qəmlə neyləyim, həsrət nə etsin ?
Daha nə istərsən, əmr et, əyilsin,
Ruhunla ruhumu əyib, kül etsin !

Ya bu hövsələdən çıxardın məni,
Ya aşiq gözümü kor eyləyəydin,
Ölümə gedirdim, qaytardın məni,
Baxdığın o bir an, dörd bölünəydim .

Məni bu səhnəyə dəvət eylədin,
Gözündən gözümə nurlar ələdin,
Zamanın belini bükdün, nə bükdün,
An gələn bir hökmü sən yox eylədin !

Yox qeyri bir həyat, bu sən, elə sən,
İstidir, yuvanda isinirəm mən .
Hər yerdən gəldin ki, məni görmüsən,
Ürəyin əlində, dinləyirəm mən !
~~~~~~~~~~~~~~~~~~~

Комментариев нет:

Отправить комментарий