23.1.13


Şairə Xatirə Rzayeva .

Əmr et ! və ya ( Bir ömür sevgi ) .

~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*

Ağlayır , axşamın küləyi qəmli ,
Dolanıb dünyanı , burda nə işim ,
Həyatın rəsmidir , gül üzü nəmli ,
Hansı gül səfasın sənlə dəyişim ? !

Eşq ! Aləmdə qələm gətir yazım mən !
Bunu yalnız sənin gözlərin deyir .
Nə desən dünyada səndən yazım mən ,
Bir sabah ətirli nəfəsin deyir .

Könül , bu xəzanı sənmi gətirdin ?
Gözümə bir kölgə , şəkil gətirdin .
Aşiq bir göz ilə , ürəkdə həsrət ,
Sən mənə işıqlı səma gətirdin .

Dəlilik etdikcə yağışlar yenə ,
Pəncərən önündə diz çökdüm yerə ,
Gözündə bir damla hədiyyəm mənim ,
Taleyim həkk olub , bu yağan selə .

Sənin məkanınmış , mən hardan bilim ?
Göyləri , yerləri , bura gətirim ?
Dünyanın başlanğıc nöqtəsi deyim ,
Əmr et ! ki , bir ömür sevgi gətirim .

Комментариев нет:

Отправить комментарий