23.1.13


Şairə Xatirə Rzaüeva .
~*~*~*~*~*~*~*~*~*~*~*~*

Gözün damlası .

Gözəllik içində alışıb , yandın ,
Sən danış , gül , sənə yaraşır elə .
Bir qəfil yuxudan ani oyandın ,
Üzündən , gözündən , nur yağır yenə .

Küləkli bir gündə qapını döydüm ,
Günəşin şəfəqi üzünü gəzdi .
İntizar , həsrəti üzündə gördüm ,
Ürəyim əlimdə titrəkcə əsdi .

Dumana büründün , özün , ya xəyal ,
Dalğındır saçların , yorğun baxışın .
Ani baxışların yağdırdı sual ,
Bir xəzan kimiydi açıq , sarışın .

Sevdalı gözlərin , yaxındır , yaxın ,
Bu başdan o başa dünya mənimdir .
Mənalı üzündə sən sözü çaşqın .
Qollarım bir qucaq , sevgi sənindir .

Sarmaşıq hisslər , qapandı aləm ,
Qarışır saçlarım , əlin təması ,
Dolaşıq nəzərin , tarimar sinəm .
Sayrışdı gözümlə , gözün damlası .

Комментариев нет:

Отправить комментарий