23.1.13


Şairə Xatirə Rzayeva .
~~~~~~~~~~~~~
Bir anlıq .
~~~~~~~~~
Aləmdə bir yağış var ki,
Görməz payız, görməz bahar,
İçimdə bir soyuq var ki,
Ürək bu an. heçdən donar.

Dedim bulud , axma, dayan,
Qaralmasın bu axşamım,
Məlul - məyus baxdı hər yan,
Qoyun ki, bir nəfəs alım.

Aləmdə bir yağış var ki,
Göylər ondan xəbərsizdir,
Dağ başında duman var ki,
Kor gözlərim şəfəqsizdir.

Axdı bütün bulud gəldi,
Çatladı ərşin tavanı,
Leysanların şahı gəldi,
Dəyməz, incitməz dünyanı.

Ağlatmayın, yağış, məni,
Daş yağdırıb,öldür məni,
Nolur, bir anlıq dayanın,
Kor olan, onsuz qəlbimi.

Səma üzün yağış gəzər,
Gözlərinin için gəzər,
Bir anlıqdır, nəzərlərin,
Tökər,içim sevgin bəzər.
~~~~~~~~~~~~~~~

Комментариев нет:

Отправить комментарий