23.1.13


Şairə Xatirə Rzayeva.
~~~~~~~~~~~~
Sevgini duyurdum
~~~~~~~~~~~
Dəlidir,göylər də,yağışı dəli,
Üstümə süzdürdü leysan selini,
Saçım, üzüm - gözüm, əynim tamam yaş,
Beləcə, sevirəm, əzizim, səni !

Günəş yox, bu göyün rəngimi qaçdı ?
Yaöış məni rəqsə dəvət eylədi,
Həzin bir sədanı göylərə yaydı,
Səni sevdiyimi səma söylədi.

Göy şahı o günəş qızıl tac geyib,
Bizim sevgimizə, bir həsəd etdi,
Yağışla qol - boyun rəqs edirəm mən ,
Qondu hər damlası, sevgidir dedi .

Yağışlar altında mən sevirəm mən,
Bax, məni günəşdən aldı yağışlar,
Buludlar axının hey sevirəm mən,
Leysan məhəbbəti, tökdü yağışlar.

Yox oldu, payızdan əsər - əlamət,
Vücudum yaş ikən, sellərə düşdüm,
Güldün sən, gülüşdük,eylədin heyrət,
Xəzan gözlərindən sevginə düşdüm .
~~~~~~~~~~~~~~~~~~~~~

Комментариев нет:

Отправить комментарий