23.1.13

Şairə Xatirə Rzayeva 
~*~*~*~*~*~*~*~*~*~*~
Sən sevgi şamı .

Həsrət gözlərimdə yandı, kül oldu,
Dəlidir hislərim, aləm heç oldu.
Küləyin ardınca düşsəm nə olur ?
Sənə yaxın gələm, həyat yox oldu.

Bu ömür izinə diz çökəcəkdir,
Nə yaman gecikdi, payız, sel, hanı ?
Axşamlar mənimçün tez keçəcəkdir,
Zərif günlərimdən əsər de, hanı ?

Mən həsəd apardım, ay səni gördü,
Taleh səsləriylə, başımı tutdum.
Amansız gecənin ulduzu söndü ,
Fələkmi sərt sillə üzümə vurdu .

Sən mənim başımı apardın elə,
Sevgidən deyirdin, danışıb - gülə,
Taleyim bir oyun, marağın deyil ?
Necə gətirim ki, dünyanı sənə .

İncədir naxışı, payız çiçəyi,
Sən yazır ovcuma fələk qələmi ,
Payızı neyləyim,qışı neyləyim,
Sevginin şamı sən, kəpənəyi mən .

Комментариев нет:

Отправить комментарий