24.1.13




 Şairə Xatirə Rzayeva .
~~~~~~~~~~~~~
Göylərə sevgi yazım.

Bir quru həsirdə bir günüm olsun,
Bir şamım, qələmim, kağızım, olsun,
Səndən izin ilə gecəm başlayır,
Tarixlər diz çökən bir sevgim olsun .

Günəş gözəlsə də, mənimçün deyil,
Yaş gəlir gözündən, mənimçün deyil,
Yenə yarpaq niyə əsir, budaq da,
Aləmdə payız var, mənimçün deyil .

Bir aşina gözün, məni də etdin,
Başlayır dünyanın əvvəli burdan .
Bəsdi, atəş yağan gözün, di bəsdi,
Özün dəlisən sən, məni də etdin !

Gizlər külək, ağac, yer də, göy səni,
Dəyişməz yerini axşam, nə səhər,
Bir yaza bilsəydim. sənin qəlbini,
Siləm göz yaşını, yenə bilinər.

Mən sabah iznilə, qapında bu gün,
Dəyişkən buludlu hava nə lazım ?
Bir göyü gətirim qapına bu gün,
İzninlə göylərə, sevgini yazım .
~*~*~*~*~*~*~*~*~*~*~
~~~~~~~~~~~~~~~~~~~~

Комментариев нет:

Отправить комментарий