23.1.13


Şairə Xatirə Rzayeva .
~*~*~*~*~*~*~*~*
Hiss etdin !
Axşamları sevdin sən,
Gizli zəngi sevdin sən,
Ağlamağı, göz yaşını,
Hiss etdin, sevdin sən !

Gündüz kimi. yandın sən,
Od tutdun, alışdın sən,
Sevgi dolu ürəyimi,
Hiss etdin, sevdin sən !

Görməzləri bilməz ürək,
Baxışlarda dinməz ürək,
İçindəki yanğılara,
Səssiz - səssiz döyür ürək !

Gecələri sevdin sən,
Duydun səsim, sevdin sən,
Hicran odu qəlb yaxır,
Hiss etdin, sevdin sən !

Xoşbəxt an etdin sən,
Öylə bir həzz etdin sən,
Gəzdin içim, dəli kimi,
Hiss etdin, sevdin sən !

Nələr yazıb, sildin sən,
Öylə nəzər etdin sən,
Göz yaşlarım, görünürkən,
Hiss etdin, sevdin sən !

Ürəyini çıxarmısan,
Öylə səssiz verdin sən,
Yox ürəyim, yox mənimki,
Hiss etdin, sevdin sən !

Комментариев нет:

Отправить комментарий