23.1.13


    <<<<<<<<<<<< >>>>>>>>>
ŞAİRƏ XATİRƏ RZAYEVA .
~~~~~~~~~~~~~~~~~
Gözlərin ya sevgi ? ! ... ( BUYURSUN, ROMANTİKANI SEVƏRLƏR ! )

Aparın, buludu, yağışlar yenə,
Tökülsün başıma, günəşlər yenə,
Səssiz axıb gəldi, sahillər elə,
İstəməm, dəniz də sevgi kimidi .

Açılır, son pərdə, ayın səhnəsi,
Hm,... günəşmidir onun divanəsi ?
Mənə bir dumanlı bir axşam gətir,
Deyirlər, bu sən, eşqin pərvanəsi !

Açıq bir sahildə, sənin nə işin ?
Öyləsə, mənim də burdandır işim,
Tut məni, sahillər bizimdir, bizim,
Uçdum, ləpə - ləpə, sənin gəlişin.

Çəkir öz şəklini, sularda əksin,
Ayın öz qələmi, sular neyləsin ?
Nəhayət, əlimdən tut da əzizim,
Göydə mən, yerdə sən, sevgi neyləsin ?

Sənin gözündə yaş, duman çəkildi,
Aramsız baxışın, sən mənə sarı .
Gecənin zülməti ərşə çəkildi,
Gözlərin, ya sevgi, sən mənə sarı !
<<<<<<<< >>>>>>>>>>>
<<<<<<<<<>>>>>>>>>>

Комментариев нет:

Отправить комментарий