23.1.13



Şairə Xatirə Nuray Rzayeva.
~~~~~~~~~~~~~~
Tarix əyilsin !
~~~~~~~~~

Bir həzin səhərin əsən küləyi,
Soyuğu, yağışı, selləri sənsən.
Yağışla bəzənən yarpaq telləri,
Dünyanın gözündə sel - suyu sənsən .

Gülən gözlərində kor ola bilsəm,
Sən əzab çəkirkən, mən ölə bilsəm,
Dəli ruzigarın sərt baxışı var,
Boynuna, üzünə sarıla bilsəm.

Sükut edib mənə əmr eyləsən də,
Günəş səssiz batır,ayı da gizlər.
Təmkinə dinləyib, rəhm eyləsən də,
Bahardan sevgisin sübh özü gizlər.

Günəş külə döndü, atəşin etdi,
Zülmət meydan oxur, gecə əsrarı,
Həsrət ürəyimi daş, dəmir etdi,
O zaman, baxırsan, sən,mənə sarı.

Gülləri qoxlayan bahar nəfəsin,
Axır ürəyimə, bu qəlb həvəsin,
Yaşamaq beləcə, adi gün kimi,
Qol çək, bu sevgiyə. tarix əyilsin !
~~~~~~~~~~~~~~~~~~~

      

Комментариев нет:

Отправить комментарий