24.1.13


  ~~~~~~~~~~~~~~~~~
ŞAİRƏ XATİRƏ RZAYEVA .
~~~~~~~~~~~~~~~~

KƏNAR DEYİL HEÇ ! ....

Nə könül bu boyda atəş görmədi,
Baxan günəşin də, ürəyi səndə.
Məndən qeyri kimsə, kimsə bilmədi,
Bu ürək nə çəkir, həsrət gözündə.

Ölür, gündə min yol varlığım ölür,
Ölüb - dirildiyim, nəzərlərində .
Qurulu yer - göyün sütunu birdir,
O da bir titrəyiş edir gözündə .

Dünəni bu günə qatmısan yenə,
Bir yaxa - köynəkdə gəldim, mən sənə,
Unut, bu dünyanı, gəl, mənə gəl sən,
Tarix gözü yaşlı əyilmiş sənə.

Uzun bir qış yolu tufanlı gəldi,
Dağlara ağ duman anidən gəldi,
Haq- tala qurduğu səltənət bu yer,
O hardan sən gələn məkana gəldi ? !

Fırlar gözüm səni, yoxsa, aləmi ?
Sinəndən heç gözüm kənar deyildir,
Sən məndən eylədin, həya, eləmi ?
Atəş gözlərindən kənar deyil heç ! ...
~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~

Комментариев нет:

Отправить комментарий