24.1.13


 Şairə Xatirə Rzayeva .
~*~*~*~*~*~*~*~*~*~*
Günəşim, ayım .

Göylərə pərdə çək , gizlənsin səma ,
Saçlarım əlində dəli küləyin,
Acı qüssələrdən qəlbim kül ola,
Yaxamı tanıyır əli fələyin.

Çılpaq qayalıqlar, külək burdadır,
Görəsən dünyanın sonu buradır ?
Gəl, səni gözləyən, gəl bura, gəl- gəl,
Ulduza gedən yol, o yol haradır?

Dönük bu dünyada nə işim axı?
Xəyalsan , nəsən sən, tutuşdum axı,
Yox, səni istədim versinlər mənə,
Qayanın başında nə işim axı .

Toz, duman içində səhra, bir də mən,
Bir əks- səda var, hər yer sən deyir.
Günəşdən gizləndi aləm, bir də mən,
Bilsən ki, ürəyim elə sən deyir .

Qaranlıq bir döngə axşamım mənim,
Özündən yanırmı min şamım mənim ?
Hər gecə asiman nur saldı yerə ,
Gözlərin günəşim, həm ayım mənim .
~*~*~*~*~*~*~*~*~*~*~*~*

Комментариев нет:

Отправить комментарий