23.1.13


Şairə Xatirə Rzayeva .

~*~*~*~*~*~*~*~*~*~*~*~*

Yorğun qəlb .

Günəş, sabah- sabah hara tələsdin ?
Bütün şamlar yanan gecədə neylim ?
Sən sərt külək olub , yel kimi əsdin ,
Zülmət çökən anı qəlbimdə neylim ?

Elə bil yağış da dənizi döydü,
Dünyaya hakimmi ağ ləpələr də ...
Sonsuz sahillərə kim ayaq döydü ?
Gəzdim bu dünyanı sənin izində .

Gecədən çox keçir , sənlə danışdım,
Gün nə ağır keçir , yorğundu halım,
Üzüstə sərilib , fikrilə çaşdım,
Sənlə neyləyim ki, yoxsa, bu halım .

Xəzəl yarpaqların sayır payız da,
Dünyanın başına yağdı xəzəllər,
Deyirlər, gözəldir, həyat, o harda ?
Ömür bərabəri bütün fəsillər .

Əllərin nə isti, isindir əlim,
Toxun ürəyimə, toxunsun səsin,
Oxşayır nəfəsim dəli nəfəsin,
Yoruldum, səninlə, yorğun bu qəlbim .

~*~*~*~*~*~*~*~*~*~*~*~

Комментариев нет:

Отправить комментарий