23.1.13

*~*~*~*~*~*~*~*~*~*~*~*
Qəzəl .
Gövhərin yox isə üzündə şamı,
Əlbət ol cəvahir qiymət eyləməz .

Əqlin üzərində sabah şəfəqi,
Olmazsa, o insan,vüssət eyləməz .

Ki, bu dəhrin üzün göydə ay edir,
Nur için, o göy də qüdrət eyləməz .

Yaqutun sinəsi hərçənd ki, alışdı,
Dürri - ləl yəqin ki, minnət eyləməz .

Şadi qıl , könlün də, şam kimi yansın,
Ömür bir təlatüm, həsrət eyləməz .

Bülbül aşiq olub, bağda həmişə,
O hansı gül - qönçə xiffət eyləməz ?

Xatirə, kitabə od bənzəriysə,
Yandısa, söz ləlin şəfqət eyləməz .

Комментариев нет:

Отправить комментарий