23.1.13

Qızıl səhifələr . ....
Şairə Xatirə Rzayeva .
~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*~*

Daş dözməz .

Yenə qaçır , qovur , payız küləyi ,
Mirvari çilənir sabah üzünə .
Üzünə toxunur könlüm çiçəyi , 
Sap - sarı bir xəzəl səpdim izinə .

Üzümü söykəyib şüşələrə mən ,
Süzülən yağışı əllərin silir .
Aradım , daş - divar , pəncərəni mən ,
Amansız bir sevgi gözlərin deyir .

Qızıl bir şəfəqdən dəniz də coşdu ,
Dalğalar xəzəli yuyub , apardı .
Səni düşünürkən , qəlbim hey çaşdı .
Ürəyin ürəyim çəkib apardı .

Bir sığal çəksəydim , saçın ipəkdir ,
Ruhumla ruhunu oxşar nəfəsim ,
Əyninə toxunsam , zərif köynəkdir ,
Könlümü oxşarmı , ilahi səsin ? !

Oğru nəzər salıb , qısqandın nəyi ?
Ürəyin yerinə gəldimi , barı ?
Gözəl gözlərində mən gördüm səni ,
Daş dözməz , bölünər , ikiyə , yarı !

~*~*~*~*~*~*~*~*~*~*~*~*~*

Комментариев нет:

Отправить комментарий