23.1.13

Şairə Xatirə Rzayeva .
~*~*~*~*~*~*~*~*~*
Sevgi aləmləri .
Qəlb dedin, gözəllik oxşayır onu,
Daş dedin, təbiət oxşayır onu, 
Can demə, yorular, bütün kainat,
Sev dedin, sübh mehi oxşayır onu .

Bu gün axşam mənim deyil, sənindir,
Əzabilən günüm, yarı sənindir .
Üzü döndü ayın, zülmətlər mənim,
Ay da hiss etmir ki,həsrət sənindir .

Döyülən kimiyəm, yağış, güc sənin,
Gözümdə bir damla, odamı sənin ?
Hələ payıza var, nə istəyirsən ?
Gözün intizarı , bax odur sənin .

Su üzün bir naxış bəzər, xəzəldir,
Könüldən axan sel, üzü qəzəldir,
Ürək tab etməz ki, sərt payız, qışa ,
Nəşəli gözlərlə, cahan gözəldir .

Nə qədər əyildi , gün, mən əyildim,
Bükülən gül kimi qəddim əyildi .
Dərin dəryaların sükutu sənsən,
Sevgi aləmləri, mən səni bildim .
~*~*~*~*~*~*~*~*~*~*~*

Комментариев нет:

Отправить комментарий