23.1.13

Şairə Xatirə Rzayeva .
~*~*~*~*~*~*~*~*~

Ömür yazan .

Heyrət məni bürüyürkən, 
Aləm mənə gülürdümü ? 
Əsən yarpaq üşüyürkən,
Onu yağış döyürdümü ?

Daş üzünə payız gəldi,
Şıram - şıram sel caynağı,
Söyüdlər ağlayıb, gəldi,
leysan, bulud, çən sorağı,

Həzin külək, meh titrəyir,
Qəlbim için- için əsir ,
Xəzan məndən nə istəyir?
Dərd üstünə dərd döşənir .

Mənim köhnə qapımda səs ,
Kimdir döyən, nədir bu səs ?
Ağ - bəyazi qış deyil bu,
Yaz səhəri,ilıq nəfəs !

Günəş, mələk, kimsən ki, sən,
Məni neyləyirsən ki, sən ?
Hansı payız, sən bir xəzan,
Ömür yazan, xoş gəlmisən !
~*~*~*~*~*~*~*~*~*~

Комментариев нет:

Отправить комментарий