23.1.13

  
      Payızdır gələn
     ~~~~~~~~~~~~
Günəş saralırkən, yer də boyandı, 
Sarımtıl rəng aldı, hündür ağac da,
Uçundu yarpaq da, qəfil oyandı.
Narın bir göz yaşı çilər zaman da ...

Sərin yellər əsdi, aləmdə həzin,
Soyuq bir dumandan uçqundu dəniz,
Rəngi avazıdı, gülün, çiçəyin,
Büründü xəzələ, sovruldu dünya.

Güzgüyə bənzərkən suyun hövzəsi,
Ulduz cərgəsiydi, sanki, düzüldü,
Üzdülər, gəldilər, yarpaq növbəsi,
Təbiət sap - sarı rəngmi düzürdü ?

Ağ - qara işığa qərq oldu, təpə,
Qızıldan don geyib, ətrafda hər yan,
Yerlərə, göylərə, damcı, nur səpə.
Yağış kölgəsiydi, keçir buluddan.

Gur - gur guruldadı, diksindi aləm,
Qəfləti leysandan ağlaşdı aləm,
Sel - sular xəzəli cənginə aldı,
Göylərdən səs gəldi, payızdır gələn !
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Комментариев нет:

Отправить комментарий