23.1.13



      ~~~~~~~~~~~~~~~~
ŞAİRƏ XATİRƏ RZAYEVA
~~~~~~~~~~~~~~~~
SEVGİ O ZAMAN !
~~~~~~~~~~~~

Bahar atəş deyil, bənzəyir, ama,
Gözün alov deyil, közərir ama,
Dəli bir küləkdən güllər titrəyir,
Ürəyim dağ deyi,əriyir ama .

Səndəmi quruldu, mütləq bir aləm ?
Günəşin, gündüzün qibtəsi səndə,
O cani baxışın, yoxdu bir çarəm,
Olan - qalan ömrüm nə var, o səndə .

Zülm ilə deyil ki, gecənin anı,
Zülm odur, o an ki, titrər vücudum,
Elə başlar həzin, axşam zamanı,
Sevgi hərarəti səsini duydum.

Yenə yaralarsa, səmanı bulud,
Gizlinə çəkilən leysan gözümdür.
Dəli həsrətimlə çarpışır bulud,
Dolu bir dumanlı həyat üzündür.

Sabahın əmrini verirkən gözün,
Əyildi gün sənin səmtinə o an,
Axşamın hökmü də, o sənin sözün,
Diz çökən aydırsa, sevgi o zaman !
~~~~~~~~~~~~~~~~~~~~~~

Комментариев нет:

Отправить комментарий