23.1.13


   ,, Şairə Xatirə rzayeva,,
Atəş saçan
~~~~~~~
Dəysin də, dağ başı duman buluda,
İstəyir günəş də lap yerə gəlsin,
Xəzinə göylər də,düşmüş bir oda,
Adi o baxışda gün təzələnsin.

Gündüz özün külə döndərdi neylim,
Günümü hey asıb, kəsir də neylim,
Sənin aşiq üzün günəşi yıxdı,
Burda həyat çökür, səndəndi, neylim.

Gözəl aləm qurur axşam, mənə nə,
Xəfif meh üzünü gəzir, mənə nə,
Yenə açan gülün səhnəsi sənsən,
Baxanda gözlərin, sənə, mənə nə.

Fəsil gəlib yerə,xəzəldə neylim,
Saralır, o payız, əssin də neylim,
Pərvanə yandı da şam zamanında,
Mənə ixtiyarsız nəzərdə neylim.

Eşq əli namazlı ətəyindəmi ?
Əyildi bir cahan sübh səsi gəldi.
O Allah eşqiylə qəlb sənindimi ?
Sevgi atəş saçan gözlərdə gəldi .
~~~~~~~~~~~~~~~~~~~~

Комментариев нет:

Отправить комментарий