24.1.13



   airə Xatirə Rzayeva 
~~~~~~~~~~~~~
O yol
~~~~~
Yazır, o qələm, hökmü məhəbbət,
Payızı çılğındır, dəli təbiət,
Bu iki aləmin fərqinə gəldim,
Çəkindi, hər iksi, sənsən həqiqət.

Necə amansızdır, ləpələr, dəniz,
Səssiz göz yaşını udurdu sahil,
Yaş torpaq üstündə mənimdir hər iz,
Həyatın hər sözü bu yerdə kamil.

Eşq əsil qələmin çəkib üzünə,
Həsrət - intizarı yazıb gözünə,
Oğrun baxışların əzab eyləyir,
Bir yol başım qoyam, sənin dizinə.

Xəlvət bir aləmsən,gözlərin səma,
Sən niyə bu qədər gizlini sevdin ?
Günəşin yandığı sənin oduna,
Bu səhnə aşiqi sən məni bildin.

Əridi təbiət, dəniz yox oldu,
Payız hərarəti qışa çox oldu,
Bayaqdan döyülən sənin bu qapı,
Sevgi başlar o yol, o yol bu yoldu !
~~~~~~~~~~~~~~~~~~~~~

Комментариев нет:

Отправить комментарий