23.1.13


ŞAİRƏ XATİRƏ RZAYEVA
~~~~~~~~~~~~~~~~~
Əfsanələr gözün .
,,,,,,,,,,,,,,,,,,,,,,,,,

İstərəm bağıram,dəniz kar olsun,
Kül üfürəm gözü, dünya kor olsun,
Elə qışqıram ki,səsim yayılsın,
Ənginliklərdə də nəfəsim olsun.

İstərsəm, küləyi susdura billəm,
Fit verən qatarın mən yolun kəsəm,
İkiqat əyilib, əsən çiçəyin,
Ləçəyin oxşayıb, nəfəsim verəm.

Səninçün daha nə mən etmərəm ki,
Sanırsan sevgidən qəşş etmərəm ki ?
Könlüm əylənməyi sevir daha çox,
Önündə yüz kərə əyilmərəm ki,.

Bax, qaya üstündən dənizi gördüm,
Daşlar ləpələri oxşayan gördüm.
Ağ köpüklərilə ruhum əzizlər,
Ah çəkdi, dənizin dərdinə dözdüm.

Dənizlər kimidir qəlbin ahəngi,
Mavilik rəmzidir, köynəyin rəngi,
Gözlərdə intizar sahillər kimi,
Əfsanələr gözün,sevgi çələngi.
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

Комментариев нет:

Отправить комментарий