22.1.13




Ekleyen: Xatire Rzayeva
Şairə Xatirə Rzayeva
~~~~~~~~~~~~~
Tarix nəzərin
~~~~~~~~~

Otlar nəfəs çəkdi, dənizdən ətir,
Bu canlı əfsanə sahillərindir,
Hər ayaq izində bir yazı, sətir,
Elə bil kainat sənlə mənimdir.

Təlatüm o bir hiss, onu qəlb bilir,
Ruzgar açan sirri kim deyir ki, kim ?
Səhərin gözləri atəş, od deyir,
Titrər ürəkləri kim bilir ki, kim ?!...

Həyat sürüm - sürüm diz üstə gəldi,
Dəli - dövran belə, hardandı gəldi ?
Bunca dərd görmədi zamanın özü,
Eşq adlı bir əsər, səndəndi, gəldi.

Günəş necə gəldi, dənizə aşiq,
Gözün şəfəqləri, bu yerdən keçir,
Ay nuru dolaşmış,ulduz sarmaşıq,
Gecənin sükutu məhəbbət keçir.

Bir anda dayandı, həyat dayandı,
Od tutdu, alışdı, zaman da yandı,
Daş külə döndü də, döndü, nə döndü,..
Nəzərin tarixdir, tarix də yandı !...
~~~~~~~~~~~~~~~~~~~~~~

`


`

Комментариев нет:

Отправить комментарий