26.1.13




           Nəşə dolu duman !
     ~~~~~~~~~~~~~
Qapın kölgə gətirdi,
Bir axşamı əritdi,
Külək bəhanələrlə, 
Yağış kimi səpildi.

İçimə soyuq dolub,
Həsrət gözümü ovub,
Selə düşdük sən və mən ,
Bizi sevdamı qovub.

Səni küləkdən aldım,
Aya - günə apardım,
Sənə ömür - gün verib, 
Ürəyimi qopardım.

Bir sevgi bir hekayə, 
Bundan sənə, mənə nə ?
Gözəlliklər min aləm, 
Məhəbbət bu ya ki, nə ?

Sən mənə bir zaman ver,
Gözlərinə aman ver,
Göy üzünə sevgi yaz,
Nəşə dolu duman ver !
~~~~~~~~~~~~~~~~








Комментариев нет:

Отправить комментарий