Hansı payız bu ?
Elə bil açılan payız səhəri,
Yarpağın səsi yox.yağış əsəri,
Bir sevda çəkdi hey, gözüm elə hey,
Döyürdü qapımı leysan səsləri.
Tökdü bir qaşqabaq bulud kölgəsin,
Qaranlıq dünyaya zənd ilə baxdı,
Təbiət yazırdı öz səhifəsin,
Həsrət və intizar gözümdən axdı.
Ya dəli olacaq bulud, göy, duman,
Yağacaq şıdırğı sel də bu zaman,
Səninlə əl - ələ islanıram mən,
Bu gözəl gün gözəl, sənmi ay aman.
Əllərim əlində , gücləndi sel də,
Dünyanı döyürdü, daş, dolu, payız,
Ağaclar əyildi,əsdi külək də,
Sellərin altında sən və mən yalnız.
Soyuq ruzgar əsir, sarıl sən mənə,
Xəzələ qarışıb könül ver mənə,
Sarmaşıq kimisən, hansı payız bu ?
Dəlisən, nə nağıl, sevgi desənə !...
~~~~~~~~~~~~~~~~~~~~~~~
Комментариев нет:
Отправить комментарий